Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş radio.

"Pul təklif etmişdi, mən qəti olaraq razılaşmadım" - Zorlandığı deyilən yeniyetmənin atası - YENİLƏNİB

Baxış: 158
Tarix: 4-02-2019, 14:34






























Məktəbli qızla intim əlaqədə olmaqda təqsirləndirilən Nəriman Əhmədovun məhkəməsi keçirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zərərçəkmiş tərəf Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Hakim Babək Pənahov təqsirləndirilən N.Əhmədovun barəsində həbs qətimkan tədbiri seçməkdən imtina edib və onu ev dustaqlığına göndərib.
Zərəçəkmiş 14 yaşlı qızın valideynləri N.Əhmədovun həbs olunması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Bu gün baş tutan prosesdə vəkil çıxış edərək şikayətin məzmununu çatdırıb. Hakim isə işlə tanış olmaq üçün vaxt istəyib, proses sabah davam etdiriləcək.
Qızın atası isə qafqazinfo-ya açıqlamasında bildirib ki, N.Əhmədov onun qızı ilə bir neçə dəfə cinsi əlaqədə olub: "Hadisə noyabrın 9-dan başlayaraq davam edib, dəfələrlə təkrarlanıb, 4 dəfə olub. Uşağın beyni ağ vərəqdir, şirin dili ilə onu aldadıb. Qızımın psixoloji vəziyyəti pisdir, çalışırıq gündəlik həyatına davam etsin. Hələ ki, məktəbə, dərslərə getmir. Hadisədən əvvəl özüm onu məktəbə aparıb günorta gətirirdim. Daha sonra hazırlıq kurslarına gedirdi, hadisə də axşam kursdan çıxandan sonra olmuşdu. Biz təkrar ekspertiza keçirilməsi üçün müraciət etmişik, sabah ya da birigün qərar çıxacaq. İkinci rəy də saxta olsa, xarici ölkələrdə ekspertiza keçirtdirəcəyik.
Qarşı tərəf işin əvvəlində barışmaq, adlarının hallanmaması üçün pul təklif etmişdi, mən qəti olaraq razılaşmadım. Oğlan evlidir, 1 yaşlı uşağı var. Atası ilə birgə "Ambassador" oteli işlədirlər".
Qeyd edək ki, şikayətlə bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
----------
12:58
Bu gün Bakı Apellyasiya Məhkəməsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun barəsində çıxarılan məhkəmə qərarından verilən şikayət üzrə iclas təxirə salınıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə kollegiyası cinayət işi materialları ilə tanış olmaq üçün prosesi fevralın 5-dək təxirə salıb.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə N.Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Lakin zərərçəkmiş tərəf məhkəmə qərarının dəyişdirilməsini və N.Əhmədovun həbs edilməsini tələb edir.
İddiaya görə, "Ambassador" hotelinin marketinq üzrə meneceri, 26 yaşlı Əhmədov Nəriman Asif oğlu 14 yaşlı qızı öz maşınına mindirərək "Ambassador" hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.
Hadisənin yanvar ayında baş verdiyi bildirilir. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da iddia edilir.
Qızın atası faktla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində işi Nəsimi Rayon Polis İdarəsinə yönəldib. Həmin şəxs haqqında cinayət işi başlanıb. Cinayət işi üzrə məsələ ilə bağlı müəyyən materiallar və ziddiyyətli məqamlar nəzərə alınaraq faktla bağlı ekspertiza təyin edilib.
Ekspertizanın rəyi alınanadək isə N.Əhmədovun həbs edilməsi ilə bağlı polis və zərərçəkmiş şəxs tərəfindən vəsatət verilib.
Lakin ekspertiza zərərçəkmişin iddialarının əksinə olaraq, azyaşlının bəkarətinin pozulmadığına dair qərar çıxarıb.
Məhkəmənin qərarı ilə qarşı tərəfə ev dustaqlığı qərarı verilib. Zərərçəkmiş tərəf məhkəmənin və ekspertizanın çıxardığı qərardan narazı olduğunu bildirir.
N. Əhmədov barəsində Cinayət Məcəlləsinin 152.1 (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham irəli sürülüb.
Share |