Mədə botoxu nədir?

Baxış: 82
Tarix: 5-11-2018, 04:54


























Mədə botoxu nədir?

İlk dəfə 2004-cü ildə Norveç alimlərindən apardıqları ekspertlərdən sonra icazə verildiyi bu üsul ilk dəfə Avropda sonra isə Amerika və Türkiyədə icra olunmağa başladı. İşdə yetəri qədər praktik və nəzəri təcrübəsi olan Dr.Samet Yardımcı hocamızdan aldığım kursdan sonra, Azərbaycanda ilk dəfə son üç-dört aydır ki, mədə botoxunu klinikamızda icra etməyə başladıq.

Botox nədir?

Clostridium Botulinum adlı mikroorqanizmin toksini olub, tibbin müxtəlif sahələrində xüsusən estetikde üz qırışları, nevroloji xəstələrdə əl və ayaq ağrıları,goz xəstəlikləri kimi və son 10-15 ildir ki, artıq çəkidən əziyyət çəkən xəstələrə icra olunur.

Kimlərə icra olunur və təsir mexanizmi nədir?

BKi ( Bədən Kütlə indeksi) 25-35 arası.18-65 yaş aralığı və diyet saxlamaqda çətinlik çəkən ortalama 5-25 kq arıqlamaq istəyən hər kəsə icra olunur. Az invaziv üsul olub, yüngül sedasyon altında qastroskapiya edilir və heç bir patalogiya aşkarlanmasa, Mədə divarına xüsusi iynə ucluqla sirkulyar olaraq vurulur. Bu işləm 15-30 dəqiqə vaxt almasıyla yanaşı bir saat sonra sosial həyatına heç bir ağrı və narahatlıq olmadan davam edir. Təsiri ilk 3-cü gündən başlayır və 6 aya kimi davam edir və xəstə ilk ay 4 kq çəki atır, lakin atmaq istədiyimiz çəkini günlük fiziki aktivlik ilə də artıra bilsək, istədiyimiz ideal çəkini daha tez və qısa zamanda əldə edə bilərik.
Share |