Samux rayonunda icma əsaslı reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir.

Baxış: 168
Tarix: 28-08-2018, 21:15
Samux rayonunda icma əsaslı reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Samux rayonunda yaradılan “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzi” fəaliyətini uğurla davam etdirir. Mərkəz lazımı avadanlıqlarla təmin olunub. Mərkəzin işçi heyyəti gün ərzində 8 saat olmaqla mərkəzdə və evlərdə sosial xidmətə ehtiyacı olan ailələrə xidmət göstərir. Mərkəzə müraciət edən valideyinlərin əksəriyyəti dövlətin həyata keçirdiyi sosial proqramlardan və sosial xidmətdən məlumatsız olduğu səbəbindən sosial xidmətə çıxışları məhduddu. Bu məqsədlə valideyinlər arasında marifləndirmə işləri aparılır, onların sosial yardım almalarına, özünə məşğulluq proqramlarından yararlanmalarına və üzləşdikləri digər məsələlərin həllində layihənin işci qrupu və layihəyə cəlb olunmuş könüllü hüquqşünaslar tərəfindən lazımı dəstək göstərilir. Mərkəzdə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 50 uşağa və 150 valideyinə icma əsaslı reabilitasiya xidmətlərinin göstərilir. Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərilir. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında sosial iş, gündəlik həyat (funksional) vərdişləri (abilitasiya), sosial-psixoloji dəstək, sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri, hərəkət problemləri (fiziki inkişaf). sahələri əhatə edir. İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti















































































































































































































































































































Share |