Haqqımızda

"Bestfm.az” online radio və televiziyası Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cü il may ayının 10-u ümummilli lider, ulu öndər Heydər Əliyevin doğum günü və 90 illik yubileyi münasibətilə fəaliyyətə başlayıb. Radio və televiziya iki il ərzində, gündəlik, 24 saat peşəkar komanda ilə fəaliyyət göstərir. "Bestfm.az" fəaliyyəti dövründə kifayət qədər dinləyici auditoriyası toplayıb. "Bestfm.az” online radio və televiziyanın yaradılmasında əsas məqsəd - ümummilli lider, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin Vətənimizin rifahı naminə yürütdüyü doğru siyasəti haqqında təbliğatı genişləndirməkdir. Daha sonra bu uğurlu siyasətin davamçısı, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın inkişafı və gələcəyi naminə göstərdiyi böyük qayğı və dəstəyi nəzərə alaraq, bu istiqamətlərdə görülən işləri içtimaiyyətə geniş şəkildə çatdırmaqdır. Həmçinin, 24 saat ərzində sizləri milli və xarici musiqilər, dünyada və ölkədə baş verən içtimai-siyasi, iqtisadi, mədəniyyət, şou, idman və hava haqqında məlumatlar, eyni zamanda bir-birindən maraqlı verilişlər, layihələr ilə dinləyicilərin görüşünə gəlməkdir.